Ankarada 3.5 maqnitudalı zəlzələ olub
TRT "Haber"in məlumatına görə, zəlzələ hiss edilib

Türkiyənin paytaxtı Ankara şəhərində zəlzələ baş verib.
Bu barədə AFAD (Afət və Fövqəladə Hallar Rəhbərliyi Başçılığı) məlumat yayıb.
3.5 maqnitudalı yeraltı təkan 11 km dərinlikdə baş verib.
TRT "Haber"in məlumatına görə, zəlzələ hiss edilib.