XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələdə həlak olanların sayı 19 minə çatır

Bu barədə Türkiyə mənbələri məlumat yayıb

Türkiyədə zəlzələdə həlak olanların sayı 19 minə çatır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:21

    Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 18 991 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

    O qeyd edib ki, zəlzələdə yaralananların sayı 75 523 nəfərdir.

    ***

    Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb. Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) xəbər verir ki, ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74  242 nəfərə yüksəlib.