XƏBƏRLƏR / Təbiət

Türkiyədə yenə zəlzələ oldu

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

Türkiyədə yenə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Rixter cədvəli ilə 3.5 balla qiymətləndirilən yeraltı təkan vilayətin Pazarcık rayonunda baş verib. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. İtki və dağıntı yoxdur. 

    Bundan əvvəl isə Elazığ vilayətində zəlzələ hadisəsi baş verib. Vilayətin Palu rayonunda qeydə alınan yer silkələnməsi Rixter cədvəli ilə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib. Yeraltı təkanın ocağı yerin 7 kilometr dərinliyində yerləşib. İtkilər və ya dağıntılar haqqında məlumat verilməyib.