Avqustun 11-12-də geomaqnit qasırğası gözlənilir
Şamaxı Astrofizika Rəsədxanası xəbər verir
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı zəifləyib. Günəşin səthində 4 ləkə qrupunda 41 ləkə və Tac dəlikləri müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti saniyədə 464 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 404 kilometrdir.
Avqustun 10-dan 16-dək C sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.
Gözlənilən tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə avqustun 11-12-də zəif geomaqnit qasırğası (G1) gözlənilir. Əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
1 dəqiqədən az