Naxçıvanın Şahbuz rayonunda zəlzələ olub
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ hiss edilib.
3 maqnitudalı yeraltı təkan yerli vaxtla 11:54-də, 7 km dərinlikdə qeydə alınıb.
Bu arada, Ermənistan Xilasetmə xidməti xəbər verir ki, Zəlzələ Sünik bölgəsinin Sisian və Dastakert şəhərlərində, eləcə də Ərəviş, Tanahat, Tasik, Salvard və Torunik kəndlərində 2-3 bal gücündə hiss olunub.
1 dəqiqədən az