XƏBƏRLƏR / Təbiət

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,6 maqnitudalı zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.

    Zəlzələ Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss edilib.