XƏBƏRLƏR / Təbiət

Külək ölkənin şimalında fəsadlar yaratdı, elektrik kəsildi

Siyəzən və Quba rayonunda fırtına özəl və ictimai obyektlərə ziyan vurub

Külək ölkənin şimalında fəsadlar yaratdı, elektrik kəsildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Siyəzən rayonunda güclü külək ciddi fəsadlar yaradıb. Külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Rayonunun elektrik təsərrüfatına ciddi ziyan dəyib.

    Qubada isə külək "Yaşıl teatrın" damını dağıdıb. Şəhərə elektrik enerjisinin verilişi dayanıb.

    Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.

    Qusar və Xaçmaz rayonlarında isə külək iri gövdəli ağacları elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

    Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.