İranda zəlzələdə yaralananların sayı 239-a çatdı
Bu barədə İran mənbələri məlumat yayıb
İranda ard-arda iki dəfə zəlzələ olub. Bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, episentri Fars əyalətinin Həşt şəhərində olan zəlzələ 4,2 bal gücündə qeydə alınıb. Eyni gündə İlam əyalətinin Murmuri şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
İranın şimal-qərbindəki zəlzələ zamanı xəsarət alanların sayı 239 nəfərə çatıb.
Zəlzələ digər əyalətlərdə də hiss olunub.