Azərbaycanın daha bir rayonunda zəlzələ oldu
Bu barədə zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində də zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.