XƏBƏRLƏR / Təbiət

Türkiyədə bəzi ərazilərdəki yanğın nəzarətə alınıb

Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı: "Balıkəsirdə Gömeç və Mersin Aydıncık-Gülnarda yanğınları nəzarət altına aldıq"

Türkiyədə bəzi ərazilərdəki yanğın nəzarətə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Balıkəsir Gömeç və Mersin Aydıncık-Gülnar bölgələrindəki yanğınları tamamilə nəzarət altına alınıb.

    Bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı deyib. 

    "Dünən günortadan sonra Susurlukda yeni bir yanğın başladı. Külək bizim üçün işləri çox çətinləşdirdi. Həmkarlarımız səhərə qədər bu yanğına müdaxilə etdilər. İndiyə qədər deyə bilərəm ki, yanğın da əsasən nəzarət altındadır".

    Yumaklı küləyin həm yanğınların söndürülməsini çətinləşdirdiyi, həm də yeni yanğınlara səbəb ola biləcəyi üçün problemli olduğunu vurğulayıb.