XƏBƏRLƏR / Təbiət

Yaponiyada 7,1 bal gücündə zəlzələ, AVM-də partlayış olub

Məlumatı Yaponiya Meteorologiya Agentliyi yayıb FOTO/YENİLƏNİB

Yaponiyada 7,1 bal gücündə zəlzələ, AVM-də partlayış olub
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:49

    Fuji TV-nin verdiyi məlumata görə, Yaponiyada alış-veriş mərkəzində (AVM) zəlzələdən sonra baş verən partlayış nəticəsində ölənlər var.

    ***

    14:24

    NHK-nın verdiyi məlumata görə, Yaponiyanın Kaşima şəhərindəki Aeon alış-veriş mərkəzində (AVM) partlayış baş verib və binaya ciddi ziyan dəyib.

    Vertolyot görüntülərində ticarət mərkəzinin qismən uçmuş divarı, binanın metal çərçivəsi və zədələnmiş dam örtüyü görünür.

    İnsanlar dağıntılar altında qala bilərdi. Ən azı 200 nəfər avtomobil dayanacağına təxliyə edilib.

    Hadisənin seysmik aktivliklə əlaqəli olub-olmadığı məlum deyil. Adada bir az əvvəl 7,1 və 6,1 bal gücündə iki zəlzələ baş vermişdi.

    Alış-veriş edənlər təxliyə edilib.

    ***

    14:15

    Yaponiyanın Küsü adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində yanğınlar başlayıb, yollar, körpülər və binalar zədələnib, bir sıra ərazilərdə isə elektrik enerjisinin verilişi dayanıb.

    Bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi məlumat verib.

    "Hazırda zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Bununla belə, artıq yaralılar barədə məlumat var. Bəzi ərazilərdə yanğınlar baş verib, elektrik enerjisi kəsilib, yollar və körpülər zədələnib, binalar dağılıb", – deyə Baş nazir bildirib.

    NHK telekanalının məlumatına görə, zəlzələ nəticəsində 50-dən çox xəsarət alan var.

    Hazırda hadisə bölgəsində axtarış-xilasetmə və bərpa işləri aparılır.

    ***

    12:50

    Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib və sunami xəbərdarlığı edilib.

    JMA-nın məlumatına görə, Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kumamoto prefekturasının Uki şəhərində, 10 kilometr dərinlikdə yerləşib. Bir neçə ərazidə ölkənin ən yüksək intensivliyi qeydə alınıb və Şindo (Yaponiya Seysmik Şkalası) üzrə 7,0 bal olub.

    Zəlzələlərdən sonra JMA Ariake və Yatsuşiro körfəzləri sahillərində sunami xəbərdarlığı edib və sakinləri sahildən uzaq durmağa çağırıb. Agentliyin məlumatına görə, ilk dalğalar artıq sahilə çatıb.

    "The Japan Times" qəzetinin məlumatına görə, Kumamoto prefekturasında təxminən 45.600 ev təsərrüfatı elektriksiz qalıb. Hələlik itki və ya genişmiqyaslı ziyan barədə məlumat yoxdur.

    Bu, 2016-cı ilin aprelində 278 nəfərin ölümünə və təxminən 2800 nəfərin yaralanmasına səbəb olan silsilə təkanlardan bəri bölgədə ən böyük zəlzələdir.

    Həmin zəlzələ Yaponiyanın ən məşhur və yaxşı qorunub saxlanılan tarixi qalalarından biri olan və 17-ci əsrin əvvəllərində tikilmiş Kumamoto qəsrinə də ciddi ziyan vurub. Nəşrin qeyd etdiyi kimi, onun tam bərpasının yalnız 2052-ci ilə qədər başa çatdırılması planlaşdırılır.