XƏBƏRLƏR / Təbiət

Şirvanda zəlzələ olub

Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib

Şirvanda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 29-da Şirvan stansiyasından 33 kilometr şərqdə - Şirvan şəhəri ərazisində zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 16:22-də qeydə alınıb.

    Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 21 kilometr olub.