XƏBƏRLƏR / Təbiət

​​​​​​​Ağdamda yanğın genişlənib FOTO

Yanğın Saybalı və Bağbanlar istiqamətinə yayılıb

​​​​​​​Ağdamda yanğın genişlənib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gün Ağdam rayonunun Mərzili kəndi ərazisində başlayan yanğın Bağbanlar, Saybalı, İsmayılbəyli və Pirzadlı kəndləri istiqamətində genişlənib.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Ərazilərin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

    Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.