FHN-çilər 198 saat sonra 2 nəfəri sağ çıxardı
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından iki qardaşı – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbakini xilas ediblər.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.