XƏBƏRLƏR / Təbiət

İranda güclü zəlzələ baş verib

Bu barədə şənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb

İranda güclü zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın şimal-qərb hissəsində 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə şənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri Xoy şəhərindən 8 km cənub-qərbdə yerləşib. Mənbə 15 km dərinlikdə yerləşirdi. Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

    Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasından 108 km cənub-qərbdə Xoy şəhərində (İran) 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 3-5 bala qədər hiss olunub.