Türkiyənin Kayseri vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, vilayətin Yahyalı rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.