Diyarbəkirə düşən meteorit 4 milyon lirəyə satışa çıxarılıb
Daşın çəkisi təxminən 500 qramdır
Sentyabrın 2-də, şənbə günü saat 20.30 radələrində Türkiyənin Diyarbəkir şəhərinə meteorit düşüb.
Bu arada Ergani mahalının Güneştəpə Məhəlləsi çölündə dostları ilə oturan Umut Can Gümüş səmanın maviləşməsi ilə hərəkətə keçib.
4 saata yaxın tarlasında axtarışlar nəticəsində rayonda əvvəllər rastlaşmadıqları daşı görüb.
Daşın fotosunu çəkib əmisinə göndərən Günəş mütəxəssislərin rəyini aldıqdan sonra onun meteorit olduğunu bildirib və bunları deyib:
“Əlimdəki meteoriti kəndimizdə tapdım. Daşı tapanda hərarətindən ona toxuna bilmədim. Elə o vaxt köynəyimi çıxarıb daşı içəri qoydum. Evdə daşın şəklini çəkib müəllim olan əmimə göndərdim. Əmim Ankaradakı bu işlərlə maraqlanan dostlarına göndərdi. Dostları dedilər ki, daşı odekolonla yu, barmağınla daşı qaşı. O bildirib ki, əgər barmağa qara maddə yapışıbsa, bu, meteorit ola bilər. Meteor düşəndən sonra 3-4 saat bu daşı axtardım. Axşam olduğu üçün telefonun işığını işə saldm. Nəhayət daşı tapdım. İlk saatlarda daşın hərarəti keçmədi. Daşın çəkisi təxminən 500 qramdır. Daşı alan olsa, 4 milyon TL-yə satıram”.