Türkiyənin fevral ayında zəlzələ baş verən Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində güclü fırtına olub.
Yerli mətbuat xəbər verir ki, fırtına zəlzələ qurbanlarının sığındığı çadırları dağıdıb, binaların damlarını uçurub.
Fırtına nəticəsində 1 nəfərin öldüyü, 44 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşı göndərilib.