Yunanıstanın cənubunda güclü zəlzələ baş verib
Bu barədə avropalı seysmoloqlar xəbər yayıb
Yunanıstanın cənubunda yerli vaxtla təxminən səhər saat 09:12-də Rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bütün bölgədə hiss edilib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Pirqosdan 56 kilometr cənub-qərbdə yerləşib.
Hələ ki, dağıntılar və tələfat barədə məlumat verilmir. Müvafiq orqanlar hazırda Yunanıstan sahilləri boyunca potensial sunami riskini qiymətləndirirlər.