Zəlzələnin təsir dairəsinə Ankara da daxildir
"Reuters" informasiya agentliyi Türkiyədə baş verən və bir çox ölkədə hiss olunan zəlzələnin təsir dairəsi ilə bağlı xəritə yayımlayıb
Xəritədə zəlzələnin daha təsirli olduğu ərazilər tünd qəhvəyi rənglə qeyd olunub. Türkiyənin Kahramanmaraş, Qaziantep ve Adana şəhərləri tünd qəhvəyi rəngdə göstərilən şəhərlər arasındadır. Bununla bərabər zəlzələnin təsir dairəsinə Ankara və Şam şəhərləri də aid edilib.
Xəritəyə əsasən, Şimali Kipr Türk Respublikası da zəlzələnin ən təsirli zonasına daxildir.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 1014 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.
Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.