XƏBƏRLƏR / Təbiət

Türkiyədə ordu əhaliyə yemək paylayır FOTO

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi twitter səhifəsində məlumat yayıb

Türkiyədə ordu əhaliyə yemək paylayır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə ordusu zəlzələdən əziyyət çəkən əhaliyə yemək paylamağa başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi twitter səhifəsində məlumat yayıb.

    "Baş verən zəlzələdən sonra Malatyadakı 2-ci Ordu Komandanlığımızda xidmət edən əsgərlərimiz axtarış-xilasetmə işlərinin davam etdiyi nöqtələrdə yemək paylayaraq vətəndaşlarımıza dəstək olur. Bölmələrimiz tərəfindən zəlzələ bölgəsində səyyar mətbəx dəstəyi də təmin olunacaq", - deyə bildirilib.

    Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

    Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.