Naxçıvanda Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu olub.
Hadisə yolun 18-20-ci kilometrliyində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.