XƏBƏRLƏR / Təbiət

Ermənistan-Azərbaycan sərhəddində zəlzələ olub

Episentr zonasında zəlzələnin maqnitudası 2-3 bal olub

Ermənistan-Azərbaycan sərhəddində zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi 8 dekabrda yerli vaxtla saat 14:35-də (GMT vaxtı ilə saat 10:35) Ermənistan-Azərbaycan sərhəd zonasında coğrafi koordinatları 39.92° şimal enliyi və 45.73° şərq enliyi olan, Cermuk şəhərindən 13 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə 2.2 bal gücündə zəlzələ qeydə alıb.

    Episentr zonasında zəlzələnin maqnitudası 2-3 bal olub.

    Zəlzələ Ermənistanın Vayots Dzor bölgəsinin Cermuk şəhərində, eləcə də Keçut və Qndevaz kəndlərində 1-2 bal gücündə hiss olunub.