Zəlzələdə ölən 16 voleybolçunun cəsədi tapılıb
Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb
Türkiyə Voleybol Federasiyası (TVF) Adıyamanda baş vermiş zəlzələ nəticəsində otelin dağıntıları altında qalmış Şimali Kipr voleybol komandasından 16 nəfərin öldüyünü açıqlayıb. TVF-nin açıqlamasında “Adıyamanda otelin dağıntıları altından tapılan Şimali Kipr Voleybol Komandasının 16 üzvünün həyatını itirdiyini dərin hüznlə öyrəndik”,- deyə bildirilib.
Şimali Kiprin Baş Nazirliyi də Adıyamanda voleybol komandasının heyətində olan 16 nəfərin cansız bədəninin çıxarıldığını açıqlayıb.