Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Bu gün Papua-Yeni Qvineya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 18,8 min nəfərə yaxın insanın yaşadığı Kimbe şəhərindən 108 km şimal-qərbdə yerləşib. Mənbə 607 km dərinlikdə yerləşirdi. Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.