XƏBƏRLƏR / Təbiət

Kanadada meşə yanğını şəhərə yaxınlaşır

Sakinlərə təxliyə əmri verilib

Kanadada meşə yanğını şəhərə yaxınlaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kanadanın şimalındakı Yellounayf (Yellowknife) şəhərinin sakinləri meşə yanğınlarının yaxınlaşması ilə əlaqədar təxliyə əmri alıblar.

    Bu barədə "CBC News" kanalı məlumat yayıb.

    "Yanğın indi şəhər üçün real təhlükədir", - yerli rəhbərliyin nümayəndəsi bildirib.

    Qeyd olunur ki, artıq qarşıdan gələn həftəsonu yanğın bu qəsəbənin kənarına da təsir edə bilər.

    Təxliyə bir neçə mərhələdə baş tutacaq və təxminən 22 min insan təhlükəsiz əraziyə köçürüləcək.

    İyulun sonuna olan məlumata görə, yanan ərazilərin sahəsi 13 milyon hektara çatıb.

    İndiyədək iki yanğınsöndürən həlak olub. Səlahiyyətlilər cari meşə yanğınları mövsümünü Kanada tarixindəki ən pis mövsüm adlandırıblar.