Havay adalarındakı yanğında ölənlərin sayı 110-a çatıb
Bu barədə ştatın qubernatoru Coş Qrin mətbuat konfransında deyib
ABŞ-nin Havayı ştatında misli görünməmiş yanğınlarda ölənlərin sayı 110-a çatıb.
Bu barədə ştatın qubernatoru Coş Qrin mətbuat konfransında deyib.
“110 nəfər ölmüş hesab edilir”, - o, mətbuat konfransında açıqlayıb.
Xatırladaq ki, daha öncə Ağ Ev Prezident Co Bayden və həyat yoldaşının avqustun 21-də adalara səfər etmək niyyətində olduğunu bildirib. Yerləri müəyyən edilə bilməyən 1300 nəfərin axtarışı isə davam edir.