Tərtər rayonunda zəlzələ olub
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Bərdə stansiyasından 32 km şimalda, Tərtər rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
3,1 maqnitudalı zəlzələ üç kilometr dərinlikdə baş verib.
Yeraltı təkanlar 3 bala qədər hiss olunub.