XƏBƏRLƏR / Təbiət

Türkiyədə fırtına fəsadlar törədib, xəsarət alanlar var

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədə fırtına fəsadlar törədib, xəsarət alanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İstanbul şəhərində fırtına bir sıra fəsadlar törədib.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Məlumata görə, təbii hadisə nəticəsində Bakırköy, Bağcılar və Şişli rayonlarında ağaclar aşıb. Bakırköydə güclü küləyin aşırdığı ağac budaqları yoldan keçən iki qadının üstünə düşüb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

    Bağcılar rayonunda isə aşan ağac iki avtomaşının üstünə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.