Ermənistanda zəlzələ oldu
Zəlzələ Azərbaycanın Gədəbəy, Tovuz və digər həmsərhəd rayonlarda hiss edilib
Ermənistanda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Ermənistan ərazisində maqnitudası 4,1, dərinliyi 6 km olan təkanlar qeydə alınıb.
Zəlzələ Azərbaycanın Gədəbəy, Tovuz və digər həmsərhəd rayonlarda hiss edilib.