XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində zəlzələ baş verib

Zəlzələnin ocağı 67 kilometr dərinlikdə yerləşib

Xəzər dənizində zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 14-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, yerli vaxtla saat 13:06-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

    Zəlzələnin ocağı 67 kilometr dərinlikdə yerləşib.