XƏBƏRLƏR / Təbiət

Sabah maqnit qasırğası gözlənilir

Bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb

Sabah maqnit qasırğası gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Günəşdəki koronal dəliklərlə əlaqədar iyulun 23 və 24 tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.

    Bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat yayıb.

    “Sabah – çərşənbə günü ərzində, nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür, pik nöqtəsində isə birinci – minimal səviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. 24 iyul, cümə axşamı günü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.