XƏBƏRLƏR / Təbiət

Cəlilabadda meşədə yanğın başlayıb YENİLƏNİB

Yanğın rayonun Zopun kəndi ərazisində baş verib

Cəlilabadda meşədə yanğın başlayıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

    Əlavə məlumat veriləcək.

    ***

    14:34

    Cəlilabad rayonunda meşəlik ərazidə yanğın qeydə alınıb.

    Yanğın rayonun Zopun kəndi ərazisindəki meşə sahəsində baş verib.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları və yanğınsöndürən texnikalar cəlb olunub. Əraziyə nəzarət gücləndirilib, yanğının ətraf kəndlərə və digər meşə sahələrinə yayılmaması üçün zəruri tədbirlər həyata keçirilir.