XƏBƏRLƏR / Təbiət

Azərbaycanda yeraltı təkanların sayı günü-gündən artır

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib

Azərbaycanda yeraltı təkanların sayı günü-gündən artır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.

    Bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

    O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

    Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır:

    "Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".