XƏBƏRLƏR / Təbiət

Türkiyədə yenə zəlzələ oldu

Bu barədə AFAD məlumat verib

Türkiyədə yenə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat verib. Vilayətin Ekinözü rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.