Türkiyədə xilasetmə işləri gedir BİRBAŞA
Ən çox ziyan Qaziantepə dəyib
Xatırladaq ki, bu gün səhərə yaxın Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.
İlkin məlumata görə, 284 insan ölüb, 2000-dən çox adam yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Hazırda zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparılır.