İkiaylıq körpə 29 saat sonra sağ çıxarıldı

Mehmet Çınar adlı körpənin valideynlərinin xilas edilib-edilmədiyi bəlli deyil

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyədə baş verən dəhşətli zəlzələdən 29 saat sonra 2 aylıq körpə xilas edilib. Körpənin xilasedilmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Mehmet Çınar adlı körpənin valideynlərinin xilas edilib-edilmədiyi bəlli deyil. Görüntülərdə onun babasının sağ olduğu aydınlaşır.

    Xilas edilərkən ayaqyalın olan uşaq isti parçaya bükülüb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.