Azərbaycanda baş verən zəlzələ Qazaxıstanda da hiss olundu
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Qazaxıstan ərazisində - Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub”, - qeyd ediblər.
Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Qazaxıstanın paytaxtı Almatıdan 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib.