Mingəçevir şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb
FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məlumat verir
Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, noyabrın 29-da yerli vaxtla saat 19:49-da Mingəçevir şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax və Goranboyda 3-4 bal gücündə hiss olunub.
Fövqəladə Hallar Nazirliyi dağıntı və tələfat barədə məlumat daxil olmadığını vurğulayıb.