XƏBƏRLƏR / Təbiət

Türkiyənin Düzcə və Zonquldak bölgələrində daşqın baş verib

Bu barədə "Anadolu" agentliyi xəbər verir

Türkiyənin Düzcə və Zonquldak bölgələrində daşqın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Düzcə və Zonquldak bölgələrində davam edən şiddətli yağışlardan sonra bir çox yerlərdə daşqınlar baş verib, bəzi evlərə və əkinçilik sahələrinə ziyan dəyib.

    "Anadolu" agentliyi xəbər verir ki, Düzcədə srağagün axşam saatlarından etibarən yağan şiddətli yağışlar yollarda nəqliyyatın hərəkətinə çətinlik yaradıb və bəzi yollar bağlanıb. Yağan yağışlar bölgədə iki mərtəbəli bir evin uçmasına səbəb olub.

    Düzcə valisi Cövdət Atay "Anadolu" agentliyinə açıqlamasında təbii fəlakətin aradan qaldırılmasına 380 personal və 200 ağır texnikanın cəlb olunduğunu bildirib.

    Şəhərin bəzi bölgələrində elektrik enerjisinin və su təchizatının kəsildiyini bildirən vali problemlərin həlli üçün lazimi işlərin görüldüyünü bildirib və təxminən 470-dən çox vətəndaşın təhlükəsiz bölgəyə təxliyə edildiyini söyləyib.