İlin ikinci Ay tutulması olub
BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib
2024-cü ilin ikinci Ay tutulması başlayıb.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb və saat 08:47-də sona çatıb. Tutulmanın maksimumu saat 06:44-də baş verib. Saat 06:12-də qismən tutulma başlayıb və saat 07:15-də sona çatıb. Saat 04:41-də yarımkölgəli tutulma başlayıb və saat 08:47-də sona çatıb.
2024-cü ilin ikinci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olub
Azərbaycan ərazisində saat 04:41-dən 06:19-dək yarımkölgəli Ay tutulması müşahidə edilib.