Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub. Bu barədə "TRT Haber" məlumat yayıb. Zəlzələ On iki şubat rayonunda 5 bala qədər hiss edilib. Dağıntı və təlafat barədə məlumat yoxdur.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.