XƏBƏRLƏR / Təbiət

Türkiyədə baş verən zəlzələdə bir nəfər həlak olub

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib

Türkiyədə baş verən zəlzələdə bir nəfər həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən zəlzələ zamanı uçan binanın dağıntıları altında axtarış-xilasetmə işləri başa çatıb. Dağıntılar altından çıxarılan dörd nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

    Zəlzələdən sonrakı vəziyyətlə bağlı açıqlama verən Ali Yerlikaya bölgədə 16 tikilinin dağıldığını, onlardan sadəcə dördündə yaşayışın olduğunu və hazırda xəsarət alan 29 nəfərin müalicəsinin xəstəxanalarda davam etdiyini deyib.

    Nazir səhərin ilk saatlarından etibarən bölgədə dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların başladılacağını bildirib.

    Qeyd edək ki, AFAD-dan verilən son məlumatlara əsasən, zəlzələdən sonra bölgədə beş baladək ümumilikdə 20 afterşok qeydə alınıb. Axtarış-xilasetmə işlərinə 319 nəfərdən ibarət canlı qüvvə, 79 texnika cəlb olunub. Ərazidə Fövqəladə Halların İdarəetmə Mərkəzləri yaradılıb. İndiyədək Təcili Çağırış Mərkəzinə 24 zərər barədə müraciət daxil olub. Ərazi üzrə yoxlama işləri davam etdirilir.