XƏBƏRLƏR / Təbiət

Antalyada meşə yanğını

Kəpəz rayonunda baş verən meşə yanğını həm havadan, həm də yerdən söndürülür.

Antalyada meşə yanğını
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çamlıca məhəlləsinin (Antalya) meşəlik ərazisində hələlik məlum olmayan səbəblərdən yanğın baş verib.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Məlumatdan sonra əraziyə Antalya Meşəçilik Regional Müdirliyinin və yanğınsöndürmə briqadalarının qrupları göndərilib.

    5 helikopter, 4 yanğınsöndürmə təyyarəsi, 12 su tankeri, 4 su təchizatı maşını, 4 ilk müdaxilə maşını və çoxlu sayda meşə işçisi ilə hava və qurudan yanğına müdaxilə edir.

    Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.