Türkiyədə meşə yanğınları davam edir VİDEO

Bu barədə İHA xəbər verir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:51

    Türkiyənin Hatay vilayətinin Belen rayonunda meşə yanğını davam edir.

    Alovlar havadan və qurudan yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülməyə çalışılır.

    Soğuoluk bölgəsinin sakinləri təxliyə edilib.

    Yanğın küləyin təsiri ilə getdikcə daha geniş əraziyə yayılır. Yanğınsöndürmə işlərinə 9 təyyarə və 21 helikopter cəlb olunub.

    Qeyd edək ki, Türkiyənin bir neçə bölgəsində meşəlik ərazilərdə yanğın baş verib. Mersin və Boludakı yanğınlar kontrol altına alınıb, Çanakkaledəki yanğının söndürülməsi isə davam edir.

    ***

    Türkiyənin Hatay bölgəsində Belen rayonunda meşə yanğını baş verib.

    İHA xəbər verir ki, yanğınsöndürən qrupların havadan və qurudan müdaxiləsi ilə alovlar söndürülməyə çalışılır.

    Yanğın əsasən Soğukölük məhəlləsinin meşə sahəsində baş verib. Hadisənin səbəbi hələ bəlli deyil.

    Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb.