XƏBƏRLƏR / Təbiət

Günəşdə üç partlayış olub

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb

Günəşdə üç partlayış olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 16-da Günəşdə M sinfinə aid üç partlayış baş verib.

    Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.

    İlk partlayış Bakı vaxtı ilə saat 10:26-da baş verib və təxminən 14 dəqiqə davam edib. Partlayış Yer kürəsində qısadalğalı radiorabitəsində nasazlıqlara səbəb olub.

    İkinci hadisə saat 17:08-də qeydə alınıb, təxminən 15 dəqiqə davam edib. Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, onun müddəti təxminən 28 dəqiqə olub.

    Qeyd edək ki, Günəşdə partlayışlar gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.