XƏBƏRLƏR / Təbiət

İranın qərbində 5,5 bal gücündə zəlzələ baş verib YENİLƏNİB

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib

İranın qərbində 5,5 bal gücündə zəlzələ baş verib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:28

    İranın qərbində yerləşən Kirmanşah əyalətinin Kuzəran şəhəri yaxınlığında baş verən zəlzələlər nəticəsində üç nəfər xəsarət alıb.

    "Mehr" agentliyinin verdiyi xəbərə görə, İranın Fövqəladə Halların İdarəedilməsi Təşkilatının sözçüsü bildirib ki, bölgədə beş dəqiqə fasilə ilə iki zəlzələ qeydə alınıb.

    Məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 07:13-də 8 kilometr dərinlikdə baş verib. Ardınca 13 kilometr dərinlikdə 5,7 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.

    ***

    10:41

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, İranın qərbində, Kirmanşah əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

    Zəlzələnin ocağı təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələlər Kəhriz və Cavanrud şəhərləri yaxınlığında qeydə alınıb.

    Hələlik itki və ya dağıntı barədə məlumat yoxdur.