Xocavənddə açıq ərazidə yanğın başlayıb
Alovun əkin sahələrinə və yaşayış məhəllələrinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür
Xocavənd rayonunun Qarakənd kəndi ərazisində yanğın başlayıb.
Yanğın açıq ərazidə qeydə alınıb.
Hadisə yerinə Xocavənd və Ağdam rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda alovun əkinə yararlı sahələrə və yaşayış məhəllələrinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
1 dəqiqədən az