Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatdı
Milli Hidrometeorologiya Xidmətinin məlumatı
Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 16:00-a olan məlumatına əsasən Şəki, Qax, Oğuz, Quba, Xaltan, Qrız, Şahdağ, Biləsuvar, Daşkəsən, Yardımlı, Lerik, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.
Şimal-qərb küləyi Neftçalada arabir 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,4 metrə çatıb.
Prosesin axşama doğru əksər rayonlarda davam edəcəyi gözlənilir, yağıntıların intensivləşəcəyi ehtimalı var.