Lənkəranda açıq sahələrdə yanğınlar söndürülüb VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Lənkəranda açıq sahələrdə baş vermiş yanğınlar söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-nin “112" qaynar telefon xəttinə Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

    Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.